| Talış Mədəniyyət Mərkəzinin 20 yaşı |
|
|
|
| 24.12.09 14:18 | |||
23 Dekabr Talış Mədəniyyət Mərkəzinin 20 yaşı tamam oldu.Rusiyada bir qrup mədəni fəal və mühacir talış bir bəyanat verib. Bu fəallar Azərbaycan Respublikasında Talışların Mədəniyyət Mərkəzinin yaradılmasının 20 illiyini qeyd ediblər. Bu bəyanatda bildirilir: 20 il bundan əvvəl 1989-cu ildə Bakı şəhərində bir qrup tələbə hazırda mərhum şəhid professor Novruzəli Məmmədovun rəhbərliyi ilə Talış Mədəniyyət Mərkəzinin yaradılmasını elan etdi. Bu talış fəallar bəyanatda əlavə ediblər: Keçən müddət ərzində Talış Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının ciddi müşahidə və təqibləri altında fəaliyyət göstərmişdir. Fəaliyyətinin ilk illərində Mərkəz dövlət qeydiyyatından keçsə də sonralar - 1995-ci ildə onun qeydiyyatı ləğv edilmiş və indiyə qədər müxtəlif bəhanələrlə qeydiyyata alınmamışdır. Hazırda Azərbaycan Respublikasında bir milyonluq talış xalqının yeganə təşkilatı olan Mərkəz üçün "həddən ziyadə tolerant olan" Bakı şəhərində oturmaq üçün xırda bir künc tapılmır. Mərkəz Bakı şəhərinin küçələrində, yaxşı halda isə çayxanalarda iclaslarını keçirmək məcburiyyətindədir. 2007-ci ildən etibarən Mərkəz hətta bu cür şəraitdə belə, fəaliyyət göstərə bilməmişdir. Belə ki, Mərkəzin rəhbərlərindən biri və onun orqanı-"Tolişi sədo" qəzetinin redaktoru-Novruzəli Məmmədov Azərbaycan Respublikasının xüsusi xidmət orqanları tərəfindən qabaqcadan hazırlanmış qondarma ittihamlarla həbs edilir. 17 avqust 2009-cu ildə professor Novruzəli Məmmədov Bakı həbsxanasında öldürülür. Bu fakt dəfələrlə beynəlxalq təşkilatların hesabatlarında təsdiq edilmişdir. Novruzəli Məmmədov Mərkəzin yaradıcılarından biri olmuş, 1989-1993-cu illərdə ona rəhbərlik etmiş, 1999-cu ildən etibarən mərkəzin sədr müavini, 2001-ci ildən isə onun orqanı olan "Tolişi Sədo" qəzetinin baş redaktoru olmuşdur. Bu gün Mərkəzə hamımızın hörmət etdiyi, xalqların hüquqları uğrunda yorulmaz mübariz Əli Nasir başçılıq edir. Mərkəz üçün ağır olan vaxtlarda rəhbərliyi öz üzərinə götürməklə Əli Nasir bir daha özünün azadlıq və demokratiya ideallarına sədaqətini nümayiş etdirdi. Bəyanatın sonunda qeyd edilir: Talış Milli Hərəkatı, Rusiya "Talış Diasporu" Təşkilatı, Moskva şəhəri "Talış" Milli Mədəni Muxtariyyəti və Talişİnfo İnformasiya agentliyi yubiley münasibəti ilə Talış Mədəniyyət Mərkəzinin yaradılması və fəaliyyətində iştirak edənləri və bütövlükdə talış xalqını təbrik edir və Mərkəzin bundan sonrakı fəaliyyətində uğurlar arzulayır. Biz inanırıq ki, Talış Mədəniyyət Mərkəzi bundan sonra da ağır istismar vəziyyətində olan talış xalqının mədəniyyətinin dirçəlməsində öz sözünü deyəcəkdir.B-3 Bu yazı üçün qisa URL:
|








23 Dekabr Talış Mədəniyyət Mərkəzinin 20 yaşı tamam oldu.