|
Tarixi birliyi qırmaq olmaz |
|
|
|
|
Yazıb azeritv
|
|
Tuesday, 19 May 2009 |
Bakıdakı ifratçı dırnaqarası millətçilər nə qədər çalışırlar ki , Az. R-nı İİR-yə bağlı olduğuna dəlalət edən elementləri məhv edələr , olmur ki , olmur. Qan bağlılıqlarımız , mədəniyyətimiz , tariximiz, adətlərimiz , ənənələrimizi bir təhər dəyişdirib ,təhrif etməklə Az. R-na separat bir kimlik yaratmağa çalışsalar da , yadlarla stratejik müttəfiq olsalar da sionistləri Bakıya dəvət etsələr də , bir millət iki dövlət devizini İran əvəzinə Türkiyəyə aid eləsələr də , islami birliyimizə xələl gətirməyə bərkdən çalışsalar da birdən-birə elə öz əməlləri ilə istəmədikləri nəticəyə gəlib çatırlar . Son günlərdə bütün şiə aləmini silkələyən din alimi , arif , mərcə təqlid Həzrət Ayətullah Bəhcətin vəfatı bütün şiə aləminə məxsus olan televiziya və radiolarda əks olundu . Amma Az. R. televiziyaları heç nəyi görmədilər .Sanki bu televiziyaları heç şiə aləminin bir parçası olan Az. R-dan efirə getmirlər. Bu televiziyalar , xalqın nə sevindiyi vaxtlar və nə də ki matəm içində olan vaxtlar , onun yanında olmayıblar . Aşura-tasua olar , Bakı televiziyaları çal-çağır içində olar . Ramazan ayının əhya gecələri olar , Bakı televiziyaları vır-sındır içində olarlar . Lakin elə bu əməlləri ilə öz iç üzlərini açırlar və özlərinin Azərbaycan xalqına yad və biganə olduqlarını nümayiş etdirirlər . Amma xalqı müsəlmançılıq yolundan döndərə bilmirlər . Təcrübə öyrənməyi bacarmayan bu zatlar , əks nəticə almaqda belə məharətləniblər ki , son günlərdə İrandan qaçmış pozğun bir müğənnini özlərinə simvol seçib , Avropa məkanına guya ki , inteqrasiya etdiklərini bayram keçirirlər . İİR-nin bu qədər elmi, dini, mədəni, imkanlarını ,xalqı buraxıb , axtarıb-axtarıb xalqa , dinə dönük çıxan , ölkədən qaçan bir iranlını İsveçdən tapıb aparmışdılar Avroviziya-2009 müsabiqəsinə. Amma axırı nə oldu? Bəli Bakıda mətbuat konfransı keçirən elə bu tapıntı ifrat türküçülərin istəmədiyini dilə gətirdi , İranlı olduğunu dedi. Bunu görəndə , bir daha ermənilərin böyük zəhməti ilə xristianlığı qəbul etmiş bir gəncin , işıq sönüb yanan kimi sələvat çevirməyi yadıma düşdü.
Views: 186
|